Onlayn təlimçi

Getdikcə daha çox şirkətlər ənənəvi, sinif otağında keçilən təlim metodlarından e-tədris yanaşmasına keçməyi üstün tuturlar. İqtisadi cəhətdən səmərəlilik, vaxt səmərəliliyi, standart resurs platformasının mövcudluğu bu yeni dövrün üstünlüklərindən yalnız bəziləridir.

© iStock.com/LDProd

"Onlayn təlimçi" layihəsi Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən Alman Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) "Business Scouts for Development" proqramının dəstəyi ilə təşkil edilir.

"Onlayn təlimçi" proqramının qısa məzmunu

Proqram

Modullar

Tanışlıq görüşü (kick-off)

İştirakçılar kolleqaları və təlimçilər ilə tanış olurlar. Onlar işçirakçı nöqteyi-nəzərindən təlim platforması və virtual konfrans otağı ilə tanış olurlar. Kursun ardıcıllığı izah edilir.

Məzmun

İştirakçılar məzmun ilə bağlı müvafiq tələblər qoymağı və bunların özləri tərəfindən yaradılmasına və ya alınmasına qərar verməyi öyrənirlər.

Təlimlərin idarə olunması sistemləri

İştirakçılar məruzəçinin perspektivindən olan təlimlərin idarə olunması sistemləri ilə əlaqədar texniki əsasları öyrənirlər.

Virtual məkanda kommunikasiya və əməkdaşlıq

İştirakçılar sinxron və asinxron kommunikasiya vasitələri  ilə tanış olurlar. Onlar onlayn kommunikasiya vasitələri ilə öyrənmə prosesinə necə dəstək olmağı öyrənirlər.

Dəstək konsepsiyasının inkişaf etdirilməsi, nasazlıqların aşkarlanması həll edilməsi

İştirakçılar öyrənmə proseslərində iştirakın əhəmiyyəti və zərurəti haqqda öyrənirlər. Onlar müxtəlif qayğı anlayışları ilə tanış olurlar. 

Qiymətləndirmə

İştirakçılar keyfiyyət tələblərini və qiymətləndirmə metodlarını öyrənirlər. Onlar qiymətləndirmə üçün  mövcud olan standartlar və keyfiyyət meyarları haqqda öyrənirlər.

Tamamlama və test

İştirakçılar son təqdimatlarla təlim zamanı inkişaf etdirdikləri ümumi anlayışları təqdim edirlər.

Proqram ümumilikdə 60 saatlıq öyrənmə müddətindən ibarətdir, bunun 20 saatı 14 onlayn canlı sessiya şəklində keçiriləcək.

Sertifikat və təlimçi

Think modular GmbH yüksək təcrübəli təlimçi və məsləhətçi hovuzu təklif edir. Bütün məsləhətçilər müxtəlif təşkilatlarla beynəlxalq təcrübəyə malikdirlər.

Think modular e-təhsili və təlimin idarə olunması sistemlərini təhsil və təlim müəssisələrinin spesifik ehtiyyaclarına uyğunlaşdırır, bir neçə qitədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar üçün onlayn kurslar keçirdir, şirkət daxili e-təhsil məzmununun təkminləşdirilməsini dəstəkləyir və onlayn kurslar üçün məzmunlar inkişaf etdirir.

Kursu bitirdikdən sonra siz AHK-nın fəaliyyət göstərdiyi 91-dən çox ölkədə keçərli olan AHK sertifikatını əldə edəcəksiniz.

Kursun vaxtı və qiyməti

Seçilən iştirakçılara onlayn portala giriş məlumatları təqdim ediləcək.

İştirak haqqı barədə məlumat qısa müddətdə elan ediləcək.

Qiymətə həm Azərbaycan, həm də İngilis dillərində hazırlanmış qabaqcıl tədris materialları və naliyyət sertifikatı daxildir.

İştirak haqqı təlim kursu başlamazdan əvvəl ödənilməlidir.

Tələblər və qeydiyyat

İlkin şərt Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilməkdir.

Bütün iştirakçılar ilkin seçim mərhələsindən keçəcəkdir. İştirak yalnız təsdiq olunduqdan sonra mümkündür.

Kursun hədəf qrupuna aşağıdakılar daxildir.

Şirkətlərdə və təhsil müəssisələrində fəaliyyət göstərən proqramla maraqlanan təlimçilər, mühazirəçilər və məruzəçilər. İştirakçılar hansı ki, müxtəlif kompüter bacarıqlarına və media səriştəsinə sahibdirlər və gələcəkdə onlayn təlimçi kimi çalışmaq istəyirlər.

İştirakçılar müxtəlif sahələrdən təcrübəyə malik ola bilərlər (İT / EDP, mühasibatlıq, marketinq, insan resursları və s.) Lakin, onların ortaq cəhəti peşələrinin öyrətmə (və öyrənmə) olması və bu səbəbdən də sərbəst öyrənmə bacarıqlarına sahib olmalarıdır.

Sizi qarşıdan gələn təlim üçün qeydiyyatdan keçməyə dəvət edirik.

2021-ci ilin dekabr ayından ingilis dilində təklif olunan ödənişsiz  "Onlayn Təlimçi" təlimi təəssüf ki, tam doludur. Yerli dildə ödənişli "Onlayn Təlimçi" təlimi üçün əvvəlcədən qeydiyyat hələ də mümkündür.

"Onlayn Təlimçi" təlim kursuna öncədən qeydiyyat

Təlimçilərin mesajı