İkili peşə təhsili

İkili peşə təhsil sistemi gənclərin işsizliyinə və bacarıqlarının çatışmazlığına qarşı mübarizənin effektiv bir vasitə olduğunu artıq sübut etmişdir. Bir çox ölkələr bu modeli Almaniya ilə ortaq şəkildə tanıtmaq istəyirlər.

© Getty Images/FatCamera

Almaniyada ikili peşə təhsili necə işləyir?

Almaniyada 4-6 illik ibtidai məktəbi bitirdikdən sonra "Hauptschule", "Realschule", "Gymnasium" və "Gesamtschule" adlanan orta məktəblər var. Daha sonra, bütün növ məktəblərin məzunları ilkin peşə təhsili əldə etmək imkanına sahibdir. Qanuna uyğun olaraq, ilkin peşə təhsili üçün giriş tələblərinə ehtiyac olunmur. İlkin peşə təhsilinin ən geniş yayılmış forması ikili təhsil hesab olunur. Bu zaman tədrisin nəzəri hissəsi peşə məktəbində, praktiki hissəsi isə şirkət mühitində öyrədilir.

Təcrübəçilər həftədə üç-dörd gün şirkət mühitində işləyir və bir-iki gün peşə məktəbini ziyarət edirlər (günlərin bölüşdürülməsi seçilən peşə və tədris ilindən asılı olaraq dəyişir). Həmçinin peşə məktəbində keçirilən dərslər blok dərsləri olaraq təklif edilə bilər. Bu isə o deməkdir ki, təcrübəçilər səkkiz həftəyə kimi yalnız peşə məktəbində iştirak etməlidirlər.

Bəzi sahələrdə isə praktiki hissə şirkətlərarası təlim mərkəzinə (ildə dörd həftəyə qədər) səfəri ilə tamamlanır. Bu təlim mərkəzləri bir çox şirkətin, ölçüsü və ya ixtisaslaşması səbəbindən əhatə edə bilmədiyi bir sıra praktiki təlim sahələrini əhatə edə bilər. 

İş əsnasında keçirilən bu təlim ümummilli təlim qaydalarına əsasən federativ hökumət və eləcə də işəgötürənlər və işçilər ittifaqları tərəfindən tənzimlənir. Peşə məktəbində təlim fərdi federativ dövlətlərin nəzarəti ilə həyata keçirilir. Hökumət səviyyəsində, Təhsil Nazirlərinin Konfransı dövlətlər tərəfindən dəyişdirilmədən və öz tədris proqramlarına çevrilmədən qəbul edilə biləcək əsas tədris planı haqqında qərar qəbul edir. 

Peşənin öyrənilmə müddətində orta dil səviyyəsinin ölçülməsi məqsədilə alman dili imtahanı verilməlidir. Təlimin sonunda isə, yekun imtahan keçirilir. Bu imtahanlar səlahiyyətli orqanlar tərəfindən (məsələn, Sənətkarlıq və ya Ticarət və Sənaye Palataları) təşkil olunur və həyata keçirilir.

İmtahan keçirilməsi üçün imtahan heyəti qurulmuşdur. Sənətin öyrənilməsi kursu keçirən təlimçi tərəfindən sertifikatın, IHK-sertifikatının və ya IHK-nın ixtisaslı işcisi tərəfindən yazılmış rəy məktubu ilə tamamlanır.