Konfrans otağının icarəsi

Konfrans, təlim kursu, seminar və ya digər şirkət tədbirlərini təşkil etməyi planlaşdırırsınız və Bakıda tədbiriniz üçün müvafiq görüş yeri axtarırsınız?

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) müştərilərinə müxtəlif tədbirlərin keçirilməsi üçün tam təchiz olunmuş konfrans otağını istifadə etməyə imkanı yaradır.

Yüksək müştəri xidmətləri və şəhərin mərkəzinə açılan cəlbedici görünüşü ilə bu konfrans otağı ideal bir məkandır və Sizin fərdi seçimlərinizə uyğunlaşdırıla bilər. Otaq kiçik və böyük qruplar üçün işgüzar görüşlər, seminarlar, təlim kursları, komanda qurma təlimləri və təqdimatların keçirilməsi üçün tam müvafiqdir.

Biz təklif edirik:

  • 65 m2 sahəli şəhərə açılan geniş panoramik görünüşlü konfrans otağı;
  • Dəyirmi konfrans masası ətrafında 27-30 nəfərlik oturma və ya maksimum 55 nəfərlik teatr üslubunda oturma imkanı;
  • Avadanlıqlara yerüstü proyektor cihazı, ekran, noutbuk, konfrans telefonu, ağ lövhə, flip chartlar, internetə qoşulma və iki ədəd bayraq dirəyi daxildir;
  • AHK ofisindən keçmədən dəhlizdən konfrans otağına birbaşa giriş imkanı;
  • Plazanın 15-ci mərtəbəsində yerləşən restoranda işgüzar nahar etmək imkanı.

Faydalı məlumatlar

Əlavə xidmətlər

Əlavə xidmətlər müştərinin tələblərindən asılı olaraq hesablanacaq. 

  • Catering - Müxtəlif növ qəhvə, çay, mineral su, sərinləşdirici içkilər və peçenyelər təqdim edə bilərik.
  • Xidmət personalı - Bir personal iştirakçılara içki və peçenye təqdim edəcək.
  • Restoran - İştirakçılar Plazanın 15-ci mərtəbəsində yerləşən şəhərə açılan möhtəşəm mənzərəli restoranda işgüzar nahar edə bilər.
  • Tərcüməçi - Geniş məlumat bazamız vasitəsilə Sizin üçün peşəkar Alman, İngilis və ya Azərbaycan dilləri üzrə tərcüməçilər sifariş verə bilərik.
  • Fotoqraf - Bacarıqlı tədbir fotoqrafı tədbiriniz üçün peşəkar şəkillərin çəkilməsində dəstək olacaq.
  • Taksi xidməti - Biznes və ya ekonom taksi Sizin tədbirə rahat getməyinizi təmin edə bilər.

Oturacaqların üslubu

Teatr Kiçik tədbirlər, mühazirələr, təqdimatlar və iclaslar üçün uyğundur.
Maksimum iştirakçı sayı: 35-55
Qrup masaları Qrup işləri və seminarlar üçün uyğundur.
Maksimum iştirakçı sayı: 24
Block İştirakçıların qarşılıqlı müzakirəsi lazım olan seminarlar üçün uyğundur.
Maksimum iştirakçı sayı: 16
U-formalı Kiçik seminarlar, görüşlər və müzakirələr üçün uyğundur.
Maksimum iştirakçı sayı: 16