Münhen sərgiləri

AHK Azərbaycan Messe München sərgilərinin Azərbaycan və Gürcüstandakı rəsmi nümayəndəsidir və bütün ticarət sərgiləri və tədbirləri haqqında məlumat verir və müvafiq sərgilərin seçilməsində dəstək göstərir.

© Getty Images/rclassenlayouts

Messe München istehsal vasitələri, istehlak malları və yeni texnologiyalar üzrə 50-dən çox sərgisi ilə dünyanın aparıcı sərgi təşkilatçılarından biridir. Hər il 50.000-dən çox sərgi iştirakçıları və təxminən üç milyon ziyarətçi Münhen şəhərində və xaricdə keçirilən sərgi sahəsindəki 200-dən çox tədbirə qatılır.

AHK Azərbaycan çoxsaylı xidmətləri ilə sərgilərdə istər sərgi iştirakçıları, istərsə də ziyarətçlər kimi iştirak etmək istəyən hər iki ölkənin şirkətlərinə dəstək göstərir. Messe München haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. Sərgilərin aktual təqvimini buradan nəzərdən keçirə bilərsiniz.

Assistance with travel planning

  • Participants acquisition
  • Organization of group travel
  • Visa support
  • Provision of admission tickets
  • Information on travel possibilities and hotels
  • Organization of B2B meetings and translation services

Sərgi iştirakçılarına dəstək

  • Səyahət və hotel imkanları haqqında məlumatlar
  • Sərgiyə giriş biletlərinin qeydiyyatında və alınmasında dəstək
  • Viza dəstəyi (Dəvət məktubu)
  • Qrup səfərlərinin təşkili
  • B2B görüşlərinin və tərcümə xidmətinin təşkili

Sərgi eksponentlərinə dəstək

  • Stendin təşkili ilə bağlı tövsiyələr
  • Stendlərin icarəsində dəstək
  • Birgə stendlərin təşkili (digər sərgi iştirakçıları ilə birlikdə)
  • Çap materiallarına və tanıtım məhsullarına dair tövsiyələr

Münhen şəhərində keçirilən aparıcı sərgilər

ISPO

Növbəti sərgi: 3 - 5 dekabr 2024

Siz bu sərgidə idman biznesindəki tendensiyalar haqqında ən yeni məlumatları əldə edə bilərsiniz. Dünyanın ən uğurlu və çoxşaxəli idman sərgisi olaraq, ISPO Münhen ümumi bazara tam baxış təklif edir. 16 sərgi zalı səkkiz sektora bölünmüşdür: qış idman növləri, açıq havada keçirilən idman növləri, sağlamlıq & fitnes, şəhərdə keçirilən idman növləri, komandalı idman növləri, trendlər, innovasiya və sənaye xidmətləri, istehsal və təchizatçılar.

Siz də idman sənayesinin aparıcı sərgisində sahənin əhəmiyyətli oyunçuları və idman mütəxəssisləri ilə tanış ola, qabaqcıl mütəxəssislərin biliklərindən faydalana, şəbəkənizi genişləndirə və gələcək işgüzar münasibətlərinizi inkişaf etdirə bilərsiniz. ISPO Münhen dünyanın hər yerində yeni əlaqə və biznes qurmaq üçün ideal bir platformadır. Burada sərgi iştirakçılarının 87%-i xaricdən gəlir.

Ətraflı məlumat: www.ispo.com

INHORGENTA Münhen

Növbəti sərgi: 16 - 19 fevral 2024

INHORGENTA Münhen - zinət əşyaları, saatlar, qiymətli daş-qaşlar, onların dizaynı və texnologiyaları üzrə sərgidir.

INHORGENTA Münhen 2020 sərgisi ilə bağlı mühüm faktlar:

  • 44 ölkədən qatılan 1,055 iştirakçı
  • 85 ölkədən qatılan 26.000 mütəxəssis ziyarətçi
  • 65.000 m² sərgi sahəsi

Ətraflı məlumat: www.inhorgenta.com

f.re.e

Növbəti sərgi: 14 - 18 fevral 2024

f.re.e istirahət və səyahət ilə bağlı Almaniyanın cənubundakı ən məşhur istehlakçı sərgilərindən biridir. Bu sərgi çeşidliliyi ilə səyahət və istirahət ilə əlaqədar olan bütün sahələri nümayiş etdirir və qonaqları bu üzrə ilkin olaraq təcrübədən keçirməyə dəvət edir.

f.re.e 2020 sərgisi ilə bağlı mühüm faktlar və rəqəmlər:

  • 70 ölkədən qatılan 1.300 iştirakçı
  • 87 min kvadratmetr sərgi sahəsi, 8 sərgi zalı, 7 sərgi sahəsi

Ətraflı məlumat: www.free-muenchen.de

LOPEC

Növbəti sərgi: 25 - 27 fevral 2025

LOPEC çap elektronikası texnologiyası üzrə aparıcı sərgilərdən biridir. O, bu gənc texnologiyanın bütün sahələrini əhatə edir: təqdqiqatlardan tutmuş inkişaf və konkret tətbiqə qədər tam dəyər zəncirini və lazımi biznes əlaqələrini özündə birləşdirir.

LOPEC-in bir xüsusiyyəti də, onun konqres və ticarət sərgisinin vəhdəti olmasıdır. Bu, tədqiqat və istifadəçilərin görüşməsini və mübadiləsini təmin edir. Beləliklə, biliklərin effektiv ötürülməsi baş verir. LOPEC çap elektronika sahəsində texnologiya və biznesi bir araya gətirən yeganə tədbirdir.

Ətraflı məlumat: www.lopec.com

analytica

Növbəti sərgi: 9 - 12 aprel 2024

Yaxın əlli il ərzində qabaqcıl beynəlxalq ticarət yarmarkası olan analityca Sİzə yenilikçi laboratoriya texnologiyası və gələcəkyönlü biotexnologiyanın uğurlu təqdimatı üçün zəmanət verir. Sahənin ən əhəmiyyətli sərgisi olaraq o, sənaye və tədqiqat laboratoriyalarının bütün tematik spektrini bir araya gətirir.

Analytica-nın təcrübəyə yönəldilmiş çərçivə proqramı bilik mübadiləsinə, ən yaxşı təcrübə məsləhətlərinə və birbaşa mübadiləyə yönəlib. Üç gün davam edən analitik konfrans analytica-nın elmi ürəyidir. Tanınmış mütəxəssislər beynəlxalq yeniliklərin son vəziyyətindən danışırlar. Sərgidə dünyanın hər yerindən gələn tanınmış alimlərlə ünsiyyətdən və dialoqlardan faydalanın.

Ətraflı məlumat: www.analytica.de

IFAT Münhen

Növbəti sərgi: 13 - 17 may 2024

Ətraf mühit texnologiyaları üzrə dünyanın aparıcı sərgisi kimi IFAT su, çirkab suları, tullantılar və xammal sahələrində resursların uzunmüddətli davamlılığı təmin etmək və onlardan intellektual sxemlər üzrə istifadə etmək üçün strateji və yeni həllər təqdim edir və böyük uğurlar qazanır.

Unikal dəstək proqramı ilə, IFAT fikir və təcrübə, bilik və baxışların sərgisidir. Bunların mübadiləsi üçün sərginin forumlarındakı mühazirələr, panel müzakirələri və şirkət təqdimatları gözəl şərait yaradır. Təqdimatlar zamanı peşəkar mütəxəssislər maşınları, qurğuları və nəqliyyat vasitələrini istifadədə canlı nümayiş etdirirlər.

Ətraflı məlumat: www.ifat.de

automatica

Növbəti sərgi: 24 - 27 iyun 2025

Automatica, intellektual avtomatlaşdırma və robotika sahəsi üzrə aparıcı sərgidir. O, robotika, montaj sistemləri, təsvirlərin sənaye emalı sistemləri və komponentləri üzrə dünyanın ən böyük təkliflərini özündə birləşdirir. Burada bütün sənaye sektorlarının iştirakçıları istehsalın daha məhsuldar olmasını təmin etmək üçün gələcək yönümlü həllər tapacaqlar.

Automatica sərgisində avtomobil sənayesindən sementə qədər bütün istehsal sənayesinin əsas aparıcı sahələri ilə tanış olacaqsınız. Ziyarətçi kütləsi bu sahənin genişliyini nümayiş etdirir. Planlaşdırıcılar, dizaynerlər və istehsalçılar kimi ziyarətçilərin sərgiyə axını daha da güclənir.

Ətraflı məlumat: www.automatica-munich.com

Outdoor by ISPO

Növbəti sərgi: 3 - 5 iyun 2024

Outdoor by ISPO, Avropa üzrə açıq havada keçirilən ən böyük sərgi və sənayenin bütün sahələrinin mütəxəssisləri üçün nəzərdə tutulmuş çarpaz media platformasıdır.

Sərgi sahəsi əsasən aşağıdakı mövzular üzrə bölünmüşdür: Açıq hava fəaliyyətləri və su idman növləri üçün Kənd, Dırmaşma və Şaquli Fitness üçün Sammit, Açıq hava idman növləri və Fitnes üçün Mərkəz, Düşərgə və Səyahət Zonaları, Akademiya və Rəqəmsallaşdırma, Blogger və İnfluenserlər üçün Zal, X-Sənaye Sektoru, İnformasiya məqsədli Forum. Burada iştirakçılar, aparıcı markalar və pərakəndə satış sahəsindən olan şirkətlərlə görüşlər keçirə və fikir mübadiləsi apara bilər.

Ətraflı məlumat: www.ispo.com/en/outdoor

EXPO REAL

Növbəti sərgi: 7 - 9 oktyabr 2024

Daşınmaz əmlak və investisiya üzrə beynəlxalq EXPO REAL sərgisi hər ilin oktyabr ayında Münhen şəhərində keçirilir. 1998-ci ildən etibarən EXPO REAL hər il üç gün ərzində bu sahə ilə maraqlanan ziyarətçiləri qəbul edir.

Avropanın ən böyük B2B ticarət yarmarkası kimi, EXPO REAL sərgisi Sizə öz şəbəkənizi genişləndirmək üçün ideal şərait təklif edir. EXPO REAL sərgisində Sİz investisiya, maliyyələşdirmə konseptindən tutmuş reallaşdırılma, marketinq və istismaradək daşınmaz əmlakın bütün istehlak dövrü üçün biznes tərəfdaşları tapa bilərsiniz.

Ətraflı məlumat: www.exporeal.net

FENESTRATION BAU Çin

Növbəti sərgi: 16 - 19 oktyabr 2024

FENESTRATION BAU Çin sərgisi yüksək keyfiyyətli dizayn, planlaşdırma və tikinti işlərinə istiqamətlənir.

Bu sərgi yüksək keyfiyyətli, biznes yönümlü və sənaye sahəsi üzrə ən geniş platformadır və tikinti sənayesi ilə bağlı beynəlxalq və yerli mütəxəssislər üçün real həllər təqdim edir.

Səmərəli rabitə, şəbəkə və informasiya platforması kimi, bu sərgi, istehsalçılar, layihə yaradıcıları, memarlar, planlaşdırıcılar və distribyutorlar (dilerlər) arasında işgüzar mübadilə yaradır.

Ətraflı məlumat: www.bauchina.com

Electronica

Növbəti sərgi: 12 - 15 noyabr 2024

Elektronika sərgisi elektronika sənayesi üzrə dünyanın aparıcı sərgi və konfransıdır. Bu sərgi bütün elektronika sənayesində mövcud olan komponentlərin, texnologiyaların, məhsulların və həllərin tam çeşidini əhatə edir. Elektronika ziyarətçiləri, demək olar ki, mümkün olan hər bir istehlak seqmentindən və istifadəçi sənayesindən sərgiyə qatılırlar və onlar Almaniyadan, eləcə də digər ölkələrdən investisiya büdcələri olan çox sayda qərar qəbul edən təmsilçilər hesab olunurlar. Beləliklə, elektronika, sərgi iştirakçılarına yeni və perspektivli iş əlaqələri qurmağa imkan verən böyük bir platformadır. Burada ziyarətçilər bütün elektronika dünyası ilə yaxından tanış ola bilərlər.

Ətraflı məlumat: www.electronica.de

Analytica China

Növbəti sərgi: 9 - 12 aprel 2024

“Analytica China” laboratoriya texnologiyaları, analiz, biotexnologiya və diaqnostika üzrə beynəlxalq sərgidir. Sərgidə sənaye, tədqiqat və elmi sektorlarda laboratoriyalar üçün innovativ və tətbiq olunan məhsullara və sistem həllərinə diqqət yetirilir. “Analytica China”, əsas sənaye forumu olaraq, son naliyyətlər haqqında bütün lazımi məlumatları toplayır. Bazar liderləri, qlobal oyunçular və dünyanın hər yerindən səlahiyyətli təmsilçilər “Analytica China”-da görüşürlər.

“Analytica China” sərgisi ilə bağlı mühüm faktlar:

  • 23.652 sərgi ziyarətçisi
  • 1,009 sərgi iştirakçısı
  • 60 min kvadratmetr sərgi sahəsi

Ətraflı məlumat: www.analyticachina.com

bauma Çin

Növbəti sərgi: 7 - 13 aprel 2025

bauma Çin, tikinti texnikası, tikinti materialları maşınları, mədən maşınları və tikinti nəqliyyat vasitələri üzrə beynəlxalq sərgidir. Sərgi hər iki ildən bir Çinin Şanxay şəhərində keçirilir və bu sahənin mütəxəssisləri üçün Asiya üzrə aparıcı platforma hesab olunur.

Bauma Çin 2020 ilə bağlı mühüm faktlar:

  • 330,000 m² sərgi sahəsi: 200,000 m² qapalı məkan, 100,000 m² isə açıq məkan təşkil edir.
  • 34 ölkə və regiondan qatılan 2,867 iştirakçı
  • Çindən qatılan 80.000 ziyarətçi

Ətraflı məlumat: www.bauma-china.com

BAU

Növbəti sərgi: 13 - 17 yanvar 2025

BAU inşaat sənayesində memarlıq, material və sistemlər üzrə dünyanın aparıcı ticarət sərgisidir. Burada, qabaqcıl istehsalçılar bu sahə ilə maraqlanan ziyarətçilərlə görüşürlər. Onların maraq mərkəzində yeni texnika, yeni materiallar və yeni tətbiq imkanları dayanır. Burada beynəlxalq səviyyədə binaların planlaşdırılması, tikintisi və dizaynı sahəsindən olan memarlar, planlaşdırıcılar, investorlar, sənaye və ticarət nümayəndələri, sənətkarlar iştirak edirlər. 

BAU-nun yüksək səviyyəli və qabaqcıl dəstək proqramı sərgini tamamlayır. Proqram öz forumları, xüsusi nümayişləri və görüş yerləri ilə bu sərgini bütün sənayenin ən əhəmiyyətli və ilhamverici məlumat platformasına çevirir.

Ətraflı məlumat: www.bau-muenchen.com

IFAT Avrasiya

Növbəti sərgi: 27 - 29 aprel 2023

Ətraf mühit texnologiyaları üzrə aparıcı ticarət sərgisi olan IFAT Avrasiya hər iki ildən bir İstanbul Expo Mərkəzində (IFM) keçirilən sərgidir.

Sərginin əhatə dairəsi: Su və Tullantı Su Texnologiyaları, İdarəetmə, Təkrar Emal, Tullantıların Enerjiyə çevrilməsi, Şəhər Ətraf Mühitin Təmizləyici Vasitələri, Çirklənmənin Qarşısının Alınması, İş Təhlükəsizliyi

Ətraflı məlumat: www.ifat-eurasia.com

transport logistic

Növbəti sərgi: 2 - 5 iyun 2025

Loqistika, mobillik, informasiya texnologiyaları və təchizatın idarə edilməsi üzrə dünyanın aparıcı ticarət sərgisi olan transport logistic 1978-ci ildən etibarən Münhen şəhərində keçirilir. Sərginin bir hissəsi olan “air cargo Europe” beynəlxalq hava yükü sənayesi nümayəndələrinin görüş yeridir. Transport logistic sərgisi qlobal loqistika sənayesinin mərkəzidir. 

Sərgi öz müşayiət edici konfrans proqramı ilə hər bir tələbata uyğun təkliflər təqdim edir. Transport loqistik sərgisi innovativ məhsullar, texnologiya və sistemləri ilə cəmləşdirilmiş ekspert biliklərini bir araya gətirir. Yeni əlaqələrin qurulmasına yönləndirilmiş biznes platforması qlobal sənaye sahələrinin görüş yeridir. Beynəlxalq ilham qaynağı olaraq, platforma gələcək perspektivlərə dair mövzular təqdim edir.

Ətraflı məlumat: www.transportlogistic.de

M & T Expo

Növbəti sərgi: 23 - 26 aprel 2024

M & T Expo tikinti və dağ-mədən avadanlıqları üzrə Latın Amerikasının ən böyük sərgisidir. Sərgi öz seqmentində texnoloji yenilik və biznes üzrə ən əhəmiyyətli platformadır.

Latın Amerika bazarına giriş imkanları ilə, M & T EXPO cənubi Amerika qitəsində ən mühüm iqtisadi mərkəzdə yerləşir: bütün Latın Amerikası üzrə maşın və avadanlıq seqmentində ən əhəmiyyətli əməliyyatlara ev sahibliyi edən - São Paulo

Ətraflı məlumat: www.mtexpo.com.br

IFAT Afrika

Növbəti sərgi: 8 - 10 İyul 2025

IFAT Afrika, cənubi Afrika üzrə ən qabaqcıl ekoloji texnologiya sərgisidir. Yüksək səviyyəli forum proqramı su, kanalizasiya, tullantılar və yenidən emal sahələri üzrə müxtəlif mövzulara istiqamətlənmişdir.

Bu sərgi, su və tullantı sahələrində özünü sübut etmiş və yenilikçi ekoloji texnologiyalara aid olan bilik və təcrübənin bölüşülməsi məqsədilə təchizatçıları, təcrübəçiləri və qərar qəbul edən şəxsləri bir araya gətirir.

IFAT Afrika sərgisi ilə bağlı mühüm faktlar:

  • 3,302 sərgi ziyarətçisi
  • 172 sərgi iştirakçısı
  • 2849 kvadrat metr sərgi sahəsi

Ətraflı məlumat: www.ifat-africa.com

Oils+ fats

Növbəti sərgi: 2025

"Oils+fats" biznes, texnologiya və innovasiyalar üzrə Avropada yeganə sərgidir. Bu sərgi ən son trendləri nümayiş etdirir və ən son texnoloji nəaliyyətlər barədə məlumat verir. Oils+flats sərgisi bu sənaye üzrə qərar qəbul edən şəxslər üçün ən əhəmiyyətli platforma hesab olunur.

Ətraflı məlumat: www.oils-and-fats.com

drinktec

Növbəti sərgi: 2025

Drinktec, içki və maye qida sənayesi üzrə dünyanın aparıcı ticarət sərgisidir və sənayedə ən əhəmiyyətli tədbirlərdən biridir. Bütün dünyadan istehsalçılar (təchizatçılar), dünyanın böyük korporasiyaları, eləcə də kiçik və orta müəssisələr burada içki və maye qida sənayesi üzrə hər bir ölçüdə iş həcminə malik olan istehsalçı və xidmət təchizatçıları ilə bir araya gəlirlər. 

Drinktec sərgisi içki sənayesi üzrə dünya yeniliklərinin nümayişi platforması hesab olunur. İstehsalçılar hər cür içkilərin və maye qidalarının istehsalı, doldurulması, qablaşdırılması və satışı sahəsində ən son texnologiyalar və loqistika xidməti təqdim edir. İçkilərin marketinqi və qablaşdırma dizaynı sərginin portfelini tamamlayır.

Ətraflı məlumat: www.drinktec.com

bauma CONEXPO Afrika

Növbəti sərgi: 7 - 13 aprel 2025

bauma CONEXPO Afrika, Afrikada tikinti texnikası, tikinti materialları maşınları, mədən maşınları və tikinti nəqliyyat vasitələri üzrə beynəlxalq sərgidir.

bauma CONEXPO Afrika, ən müvəffəqiyyətli beynəlxalq sərgi təşkilatçılarından ikisi tərəfindən təqdim olunur: bauma sərgisinin təşkilatçısı Messe München və CONEXPO-CON/AGG sərgisinin təşkilatçısı Təchizat İstehsalçıları Birliyi.

Ətraflı məlumat: www.ctt-expo.ru/en/

iba

Növbəti sərgi: 18 - 22 may 2025 Düsseldorfda

İba un məmulatları, qənnadı məhsulları və qəlyanaltılar üzrə dünyanın aparıcı ticarət sərgisidir. İba sərgisi sənayenin innovasiya platforması hesab olunur və bazarın bütün yeniliklərini tam şəkildə təqdim edir.

Burada, sənətkarlıq sənayesindən çörək sənayesinə qədər un məmulatları, tort və qəlyanaltı sənayesinin ən mühüm şirkətləri sənaye tələbatını qarşılamaq məqsədilə bir araya gəlirlər. Həmçinin qastronomlar, kafe sahibləri, pərakəndə qida satıcıları və otel mütəxəssisləri iba sərgisində sərhədsiz və çoxşaxəli təkliflər əldə edə bilərlər.

Ətraflı məlumat: www.iba.de

bauma

Növbəti sərgi: 7 - 13 aprel 2025

Bauma tikinti, tikinti materialları və mədən maşınları, tikinti texnikası və tikinti avadanlığı üçün dünyanın aparıcı ticarət sərgisidir. Sahəsinin önəmli bir sərgisi olaraq o, gələcək trendləri müəyyənləşdirir. Bauma həll istiqamətli biznes üçün platformadır. Burada bütün dünyadan gələn sərgi iştirakçıları, güclü sərmayə imkanları olan ziyarətçilər və mühüm şəxslər iştirak edirlər.

Sərgidə geniş model seçimindən və peşəkar məsləhətlərdən faydalana bilərsiniz. Bu, şirkətiniz üçün düzgün investisiya qoyuluşunu təmin edəcəkdir. Bauma-nın maraqlı xüsusiyyətləri sənayenin teni trendləri, tendensiyaları, istiqamətləri və xəbərləri haqqında məlumat verir. Bundan əlavə, sərginin yüksək səviyyəli forum proqramını və ya Beynəlxalq İnformasiya Məlumat Mərkəzini ziyarət edə və biliklərinizi genişləndirə bilərsiniz.

Ətraflı məlumat: www.bauma.de

İNTERFORST Münhen

Növbəti sərgi: iyul 2026

INTERFORST meşəçilik və meşə texnologiyaları üzrə əsas beynəlxalq sərgi olaraq Münhen sərgi metropolisində özünü sübut etmişdir. Dördillik silsilə tədbirlərilə, İNTERFORST daha çox meşə materialları və meşə təsərrüfatı mövzusu ətrafında perspektivi olan həll yollarını təqdim edir.

Ətraflı məlumat: www.interforst.com