Strateji Yol Xəritələri

Strateji Yol Xəritələri Azərbaycanda iqtisadi çətinliklərin öhdəsindən gəlmək və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək məqsədilə əsas tədbirlər planını təsvir edən dövlət sənədidir.

© Shutterstock/This Is Me

Strateji Yol Xəritələri 2016-2020-ci illər üzrə tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üzrə hədəf baxış da daxil olmaqla, “dayanıqlı iqtisadi inkişaf konsepsiyası”nı özündə əks etdirir.