Üzvlüyə Müraciət

Almaniya-Azərbaycan iqtisadi əlaqələrində iştirak edən istənilən müəssisə bizim üzvümüz ola bilər.

© Shutterstock/emilie zhang

AHK Azərbaycana üzv olmaqla Siz Palataya daxil olan digər müəssisələrin təcrübələrindən faydalana biləcək və Azərbaycanda baş verən vacib hadisələr haqqında müntəzəm olaraq məlumatlar əldə edəcəksiniz. Üzvlüyə qəbul İdarə Heyəti tərəfindən qərar verilir.

AHK üzvlüyünün üstünlüklərindən faydalanın!

Bizim təcrübəmizlə yeniliklərdən xəbərdar olun

Biz sizi yeni bazarlara giriş prosesində dəstəkləyirik! Bütün AHK üzvləri ödənişsiz ölkə brifinqi və onların Azərbaycandakı biznes imkanlarının qiymətləndirilməsi haqqında hesabat ilə təmin olunurlar. Bununla yanaşı, üzvlərimiz işçi heyəti axtarışı, bazar və ünvan araşdırmaları, biznes və satış tərəfdaşlıqlarının qurulması, işgüzar əlaqələrin yaradılması yaxud ətraflı bazar təhlilləri kimi qabaqcıl AHK xidmətlərindən xüsusi güzəştlərlə faydalana bilərlər. Gündəlik iqtisadi xəbərlərlə bütün AHK üzvləri iqtisadi və siyasi aləmdə baş verən ən son yeniliklər haqqında müntəzəm olaraq məlumat əldə edirlər.

İkili uğur tərəfdaşınız

İşgüzar səfərlərinizin təşkili üçün AHK-Viza-Xidmətindən yararlanın! Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşlığı ilə AHK, üzvlərin viza ərizələrini qəbul edir və sənədləri birbaşa Almaniya Səfirliyinə təqdim edir. AHK Azərbaycan eyni zamanda Azərbaycan Respublikasına işgüzar səfər edən şirkət nümayəndələri üçün dəvət məktubları hazırlayır. Nümayəndələr Azərbaycana səfərləri zamanı tərcüməçi və səyahət xidməti ilə təmin oluna və işgüzar görüşlərdə AHK əməkdaşları tərəfindən müşayiət oluna bilərlər. Əlavə olaraq siz bizim Members4Members güzəşt proqramından faydalana bilərsiniz. Siz bizim xüsusi mehmanxana qiymətləri və üzvlərimiz tərəfindən təklif olunan digər endirimli xidmət və məhsullar haqqında məlumatlandırılacaqsınız.

Geniş şəbəkəmizdən istifadə edin

Bizim çoxsaylı tədbirlərimiz sizə siyasət və iş dünyasının səlahiyyətli şəxsləri ilə əlaqə yaratmaq, Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında fəal iştirak etmək və mövcud iqtisadi inkişafa uyğunlaşmaq üçün mükəmməl imkanlar təklif edir. Üzvlər bütün AHK Azərbaycan tədbirlərinə dəvətlidirlər. Nümayəndə heyəti səfərləri və tədbirləri, informasiya və təcrübə mübadiləsi üçün müntəzəm olaraq təşkil edilən AHK-İmpuls toplantıları və Üzvlər Yığıncağı adıçəkilən tədbirlər sırasındadır. Eyni zamanda, üzvlərimizin AHK-İşçi qrupları görüşlərində iştirak etməyə dəvət olunurlar. AHK Azərbaycan üzvü olaraq siz onlayn məlumat bazası vasitəsilə bütün AHK üzvlərinin əlaqə məlumatlarına birbaşa giriş əldə edəcək və biznes münasibətlərinizi asanlıqla qura biləcəksiniz. Üzvlərimizi AHK Azərbaycanın bütün tədbirlərində salamlamaqdan məmnunluq duyarıq!

İndi üzv ola bilərsiniz!

1. AHK Azərbaycana üzv olmaq üçün aşağıdakı ərizə formasını doldurursunuz.
2. Üzvlük haqqında qərar AHK Azərbaycanın İdarə Heyəti tərəfindən qəbul olunur.
3. Müsbət qərardan sonra Sizə şirkətinizin üzvlüyə qəbulunu təsdiq edən məktub göndəriləcəkdir.

Üzvlüyə müraciət ərizəsi

Üzvlük haqqı

İllik üzvlük haqqı aşağıdakı müəssisə kateqoriyalarına görə fərqlənir:

Müəssisənin kateqoriyasıİşçilərin sayıİllik üzvlük haqqı (Avro)
Ən kiçik müəssisə< 10500,-
Kiçik müəssisə< 50650,-
Orta müəssisə< 250800,-
Böyük müəssisə> 2501.000,-
Almaniyanın Sənaye və Ticarət Palataları-500,-

*Avropa Komissiyasının kiçik və orta sahibkarlıq üzrə bölgüsü