AHK viza xidməti

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində Almaniyaya işgüzar səfər planlaşdıran AHK üzvləri üçün viza xidməti təklif edir.

© Shutterstock/vanhurck

Almaniyaya işgüzar səfər üçün Şengen vizası

AHK üzvləri işgüzar səfər və ya sərgiyə getmək məqsədilə vizanın alınması üçün ərizə formasını, xarici pasportu və lazımi sənədləri AHK-nın ofisinə (Winter Park Plaza, 7-ci mərtəbə, Rəsul Rza küç. 75) təqdim edə bilər.

Müraciət proseduru

  1. Ərizəçi vizanın alınması üçün tələb olunan ərizə formasını və digər sənədləri hazırlayır. Tələb olunan sənədlərin siyahısını və ərizə formasını Almaniya səfirliyinin internet səhifəsindən əldə edə bilərsiniz.
  2. Sənədlər iş günlərində saat 09:00-dan 10:00-a dək AHK-nın ofisinə təqdim edilməlidir. AHK Səfirliyə sənədlərin verilməsi və xarici pasportun geri götürülməsi üçün ərizəçidən etibarnamə alır.
  3. Ümumi məbləğ nağd olaraq AZN-lə Azərbaycan Beynəlxalq Bankının filialında ödənilməlidir. Ərizəçi ödəniş qəbzini AHK-ya təqdim etməlidir.
  4. AHK vizaya müraciət üçün ərizəni, xarici pasportu və digər sənədləri Səfirliyə təqdim edir. AHK xarici pasportu (vizayla bərabər və ya vizasız) Səfirlikdən götürür.
  5. Sənədlərin işlənmə prosesi müraciətin daxil olduğu gündən sonra 10 təqvim günü davam edir. İstisna hallarda AHK Azərbaycan viza üçün müraciət sənədlərinin daha tez işlənməsi üçün Səfirliyə müraciət edə bilər. Pasportun götürülməsi yazılı etibarnamə əsasındə başqa şəxslər tərəfindən də həyata keçirilə bilər.

Vacib qeydlər

AHK-da işgüzar səfər üçün sənədlərini üzv şirkətlərin sahibləri və əməkdaşları təqdim edə bilərlər. AHK-nın üzvləri üçün olan viza xidməti yalnız işgüzar məqsədli səfərlər üçün (sərgiyə səfərlər də daxil olmaqla) istifadə edilə bilər. AHK-da viza sənədlərinin təqdim edilməsi üçün müraciətə qeyd olunan səfərlər daxil deyil: qonaq vizası (məs. qohumların ziyarət edilməsi), təhsil vizası, dil kursu vizası, ailə birləşməsi vizası, turizm vizası, tibbi müalicə üçün viza, avtomobil almaq üçün viza, yük maşınının sürücüləri üçün viza və tranzit səfər vizası.

Vizanın verilməsi yalnız Almaniya Səfirliyinin səlahiyyətindədir. Vizanın verilməsi qərarına AHK təsir etmir. Almaniya Səfirliyi hər bir halda ərizəçini fərdi müsahibəyə dəvət etmək hüququnu özündə saxlayır.

Əgər Siz 23.06.2015-ci il tarixindən sonra Almaniya Səfirliyində artıq bir dəfə əl barmaq izi vermisinizsə, onda Sizin Almaniya Səfirliyinə şəxsən getməyinizə ehtiyac yoxdur. Əgər indiyə qədər əl barmaq izi verməmisinizsə, o zaman əl barmaq izlərinin götürülməsi üçün Almaniya Səfirliyinin viza şöbəsindəki bu görüşə AHK-nın əməkdaşının müşayiəti ilə gedəcəksiniz. Əl barmaq izlərinin götürülməsi üçün görüşün vaxtı AHK-da sənədlərinizi təqdim edərkən Sizə bildiriləcək.

Viza rüsumları

Viza rüsumu və xidmət haqqı viza verilmədiyi təqdirdə geri qaytarılmır. Ödəniş haqqı 95.18,- Avro (ƏDV daxil) təşkil edir və

AHK-nın viza xidməti üçün 60.18,- Avro ödəniş haqqından və

Şengen vizası üçün 35,- Avro rüsumdan ibarətdir.

Əlavə məlumatlar

                                Dəvət məktubu                    
Viza növü     İşlənmə müddəti Xidmət haqqı
90 günlük
birdəfəlik
    Təx. 5 həftə Bəli
İllik*
90/180 günlük
çoxdəfəlik
    Təx. 5 həftə Bəli

* Nəzərinizə çatdırmaq istəyirik ki, 90 günlük birdəfəlik və bir illik çoxdəfəlik viza üçün (90 və ya 180 gün qalma müddəti ilə) dəvət məktubu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində təsdiq edilməlidir.

Nəzərə alınmalıdır ki, viza rəsmiləşdirilməsi üçün sənədlər Səfirliyin konsulluq bölməsinə ərizəçilər tərəfindən şəxsən və ya Azərbaycan Respublikasının Ştutqartdakı Fəxri Konsulluğu vasitəsilə poçtla təqdim edilməli və təhvil alınmalıdır. Tələb olunan sənədlərin siyahısını Azərbaycanın Berlindəki Səfirliyinin və ya Ştutqartdakı Fəxri Konsulluğunun internet səhifəsindən əldə edə bilərsiniz.