Member News

Ameco MMC Siemens Healthineers şirkətinin CLINITEST® Ekspress COVİD-19 Antigen testini təqdim edir

21.02.2022

Hazırda davam edən COVİD-19 vəziyyətini nəzərə alaraq, üzv şirkətimiz - Ameco MMC "Siemens Healthineers" şirkətinin istehsalı olan CLINITEST Ekspress COVİD-19 Antigen Testlərini AHK üzvlərinə təklif edir. Ameco MMC “Siemens Healthineers” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir və Azərbaycan ərazisində olan tibbi müəssisələrinə tibbi avadanlıqlar və reagentlərinin təchizatını həyata keçirir.

CLINITEST® Ekspress COVİD-19 Antigen Testi laboratoriya alətlərinə və ya xüsusi laboratoriya işçilərinə tələb olmadan 15 dəqiqə ərzində nəticələri 99.42% dəqiqliyi ilə təqdim edən COVİD-19 testidir. CLINITEST Ekspress COVİD-19 Antigen Testi bu virusa yoluxmuş işçilərin müəyyən edilməsi, digər işçilərin sağlamlığının qorunması və ən əsası şirkətin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün effektiv bir vasitədir. Bu test müştərilərlə təmasda olan işçilərin gündəlik yoxlanılması, iclaslardan əvvəl iştirakçıların yoxlanılması və s. üçün istifadə edilə bilər.

Testdən istifadə etmək üçün tibb işçilərinə və laboratoriya avadanlıqlarına ehtiyac olmadığı üçün testi fərdlər özləri birbaşa həyata keçirə bilər.

Tel: (+994 12) 599 14 11
E-mail: info(at)ameco.az

Publications on the topic

CLINITEST® Ekspress COVİD-19 Antigen Testi