Press Release
Member News

AHK Azərbaycanın İKT İşçi Qrupuna yeni sədr təyin olunub

13.03.2019

Cənab Rüfət Sadıqov AHK Azərbaycanın İKT İşçi Qrupunun yeni sədri təyin olunub. O, 2016-cı ilin avqust ayından etibarən Azercell şirkətində Korporativ Satış üzrə Direktor vəzifəsində çalışır. Cənab Sadıqov yüksək performansı olan satış və marketinq qruplarının qurulması, idarəsi və yaradıcı biznes strategiyalarının inkişaf etdirilməsi üzrə ixtisaslaşmış mütəxəssisdir. Oracle şirkətinin satış meneceri kimi fəaliyyəti zamanı o, bulud infrastrukturu, bulud platformasının satışları və kanal proqramlarının inkişafı sahəsində geniş iş təcrübəsi əldə etmişdir.

Bundan əlavə, cənab Sadıqov 3G xidmətlərinin və Azerfon-Vodafone markasının Azərbaycanda təqdim olunmasında yaxından iştirak etmişdir. Azerfon şirkətində Satış Direktoru kimi fəaliyyəti zamanı o, strateji tərəfdaşlarla müqavilə bağlayaraq paylama şəbəkəsini qurmuşdur.

Cənab Sadıqov Mançester Biznes Universitetinin biznes administrasiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq ixtisası üzrə 2 magistr dərəcəsinə sahibdir.