AHK Human Resources Insights

“Human Resources Insights” AHK Azərbaycanın İR və PTT İşçi Qrupunu çərçivəsində fəaliyyət göstərən seçilmiş İR ekspertlərinin birgə təşəbbüsünün nəticəsidir. Bu bilik mübadiləsi və əməkdaşlıq vasitəsilə insan resursları sahəsində fəaliyyət göstərən şəxslərə fayda vermək üçün bu ekspertlər tərəfindən yaradılmış məqalələr toplusudur. Əsas məqsəd rəhbər vəzifələrdə çalışanlara və İR mütəxəssislərinə insan amili ilə bağlı məsələlərdə ən vacib və çətin sualları ünvanlamaqdır. Təşəbbüs aşağıdakı metodologiyadan istifadə edir: ən azı iki mütəxəssisi bir masa arxasına gətirmək, bir çox “brainstorming” sessiyalarında iştirak etmək və nəzəri aspektdən daha çox Azərbaycanda ilkin “işçi alətləri”-in sənədləşdirilməsinə diqqət yetirmək. Bu nəşrlərdən əlavə vəsait və ya məlumatverici material kimi, həmçinin mövzuları daha dərindən öyrənmək üçün əlavə mənbə kimi istifadə oluna bilər.