Rəqəmsal Transformasiya İşçi Qrupu

Rəqəmsal Transformasiya İşçi Qrupu, əvvəlki adı ilə İnformasiya Texnologiyaları (IT) və Telekommunikasiya İşçi Qrupu 2017-ci ildə fəaliyyətə başlamış AHK Azərbaycanın ilk tematik işçi qrupudur. İşçi Qrupuna sədrliyi Caspian Innovation Center-in Baş əməliyyat inzibatçısı cənab Orxan Quliyev edir. Rəqəmsal Transformasiya İşçi Qrupu üzv şirkətlərə qarşılıqlı əməkdaşlıq üçün xüsusi bir imkan təklif edir və iqtisadi və sosial sahələri təmsil edən bütün biznes nümayəndələrinə açıqdır. İşçi Qrupunun üzvləri Azərbaycanda rəqəmsal transformasiya sahəsində layihələrin həyata keçirilməsindəki təcrübə mübadiləsindən faydalana bilərlər. İşçi Qrupu, həmçinin müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsi üçün platforma rolunu oynayır.

İşçi Qrupunun əvvəlki görüşləri

03.11.2023 Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü

AHK Azərbaycanın Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşü cümə günü, 3 noyabr 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 1-ci mərtəbəsində yerləşən “Innovation Space” hissəsində baş tutdu. Görüş “Enabling Tomorrow, Building It Today” mövzusunda keçirildi.

İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann iştirakçıları salamladı və görüşün gedişadı haqqında iştirakçılara məlumat verdi. Daha sonra o sözü Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri və Caspian Innovation Center MMC-nin Baş Əməliyyat İnzibatçısı cənab Orxan Quliyevə verdi. Cənab Quliyev də öz növbəsində iştirakçıları salamladı və 2030-cu il Milli prioritetlərimizdən olan innovativ cəmiyyət və rəqabətli insan kapitalı haqqında iştirakçılara məlumat verdi və bu gün ki müzakirələrin daha çox innovasiya mövzusu üzərinə olacağını qeyd etdi. Daha sonra isə cənab Quliyev sözü İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri xanım İnarə Vəliyevaya verdi.

Tədbirdə məruzəçi kimi iştirak edən xanım Vəliyeva iştirakçıları salamladı və tədbirdə iştiraklarına görə qonaqlara öz təşəkkürünü bildirdi. Çıxışı zamanı xanım Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin missiyası və vəzifələri ilə iştirakçıları tanış etdi. Uğurlu eko-sistemin qurulması və onun tərkib hissələri haqqında danışdı və daha sonra xanım Vəliyeva start-up-ların önəmi və Azərbaycanda bu sahənin inkişaf etdirilməsinin önəmini vurğuladı. İnformasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramı olan “Technest” təqaüd proqramı haqqında iştirakçılara geniş məlumat verən xanım Vəliyeva həmçinin təqaüd proqramının mahiyyətini də iştirakçılara aşıladı. Çıxışın sonunda isə xanım Vəliyeva iştirakçıların ünvanladığı suallara ətraflı cavab verdi. Ətraflı

12.07.2023: Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü

12 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin AHK Azərbaycan Rəqəmsal Transformasiya İşçi Qrupu ilə görüşü baş tutdu. Dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi kontekstində keçirilən görüşdə 20-ə yaxın şirkət nümayəndəsinin iştirakı ilə ölkədə rəqəmsal iqtisadiyyat və süni zəka strategiyaları mövzusunda müzakirələr aparıldı.

İclası açıq elan edən Rəqəmsal Transformasiya İşçi Qrupunun rəhbəri cənab Orxan Quliyev iştirakçıları salamladı, görüşün gündəliyi haqqında məlumat verdi və rəqəmsal tranformasiyanın əsas tərkib hissələrindən biri olan rəqəmsal iqtisadiyyat sahəsinin dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Tədbirdə qonaq məruzəçi kimi iştirak edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifəsini icra edən cənab Fariz Cəfərov giriş sözü ilə tədbir iştirakçılarını salamladı və sosial-iqtisadi inkişaf strategiyaları istiqamətində görülən işlər barədə qısa məlumat verdi. Daha sonra, cənab Cəfərov tərəfindən “Dördüncü sənaye inqilabı texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu” mövzusunda təqdimat keçirildi. Təqdimat zamanı dördüncü sənaye inqilabının əsas komponentləri, 4-cü sənaye inqilabı şəraitində fəaliyyətin təşkili kimi mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunuldu və həmçinin cənab Cəfərov mərkəzin strateji fəaliyyət istiqamətləri haqqında danışdı. Ətraflı

03.03.2023: Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü

3 mart 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Rəqəmsal Transformasiya İşçi Qrupunun ilk görüşü keçirildi. Görüş Azərbaycanda biznesdə əsas innovasiya çağırışları mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı və Rəqəmsal Transformasiya İşçi Qrupunun yeni sədri cənab Orxan Quliyevi təqdim edərək ona qarşıdakı fəaliyyətində müvəffəqiyyətlər arzuladı. Daha sonra cənab Orxan Quliyev özü haqqında qısa məlumat verdi və rəqəmsal transformasiya və innovasiya sahələrində daha çox mövzuları əhatə etmək üçün işçi qrupunun rebrendinqi haqqında danışdı.

PAŞA Holding MMC-nin İnnovasiya proqramı üzrə rəhbəri vəzifəsində çalışan cənab Fərrux Əliyev qonaq məruzəçi kimi görüşə qatılaraq bu sahədə öz təcrübəsini iştirakçılar ilə bölüşdü. Öz təqdimatında cənab Fərrux Əliyev innovasiya üçün stimullar, innovasiyanın qarşısını alan səbəblər, innovasiya strategiyasının vacibliyi haqqında danışdı və qlobal innovasiya tendensiyaları və prioritet istiqamətlər mövzusunda iştirakçıları məlumatlandırdı. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi. Ətraflı

13.10.2022: İKT İşçi Qrupunun görüşü

13 oktyabr 2022-ci il tarixində 20-ə yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İKT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş Azərbaycanda kibertəhlükəsizlik sahəsində özəl sektorun üzləşdiyi mövcud problemlər mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edən AHK Azərbaycan İKT İşçi Qrupunun sədri cənab Rüfət Sadıqov iştirakçıları salamladı və onları görüşün gündəliyi ilə tanış etdi. O, hazırda ölkədə inkişaf etməkdə olan müəyyən sahələrdə, xüsusilə bank sektoru və dövlət sektorunda ciddi təhlükə yaradan kibertəhlükəsizlik problemlərinə diqqət çəkdi.

Technofusion MMC şirkətinin direktoru cənab Fuad Mailov və Fortinet, Inc. şirkətinin regional əməliyyatlar üzrə hesab meneceri vəzifəsində çalışan cənab Şaiq Səmədov görüşə qatılaraq bu sahədə öz təcrübələrini iştirakçılar ilə bölüşdülər. Çıxışında cənab Şaiq Səmədov biznes üçün informasiya təhlükəsizliyinin əhəmiyyətindən danışdı və şirkətin yetkinlik səviyyəsindən asılı olaraq risklərin idarəedilməsi metodlarından və kibertəhlükəsizlik həllərinin piramidasından bəhs etdi.

Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi. 

03.03.2022: Elektron Hökumətin İnkişafı Mərkəzi ilə görüş

3 mart 2022-ci il tarixində 40-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan üzvlərinin Elektron Hökumətin İnkişafı Mərkəzi ilə görüşü keçirildi.

İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları salamladı, tədbirin fəxri qonağı olan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru cənab Fariz Cəfərovu təqdim etdi və biznes icması ilə yaxından əməkdaşlığa görə minnətdarlığını ifadə etdi. Daha sonra cənab Rüfət Sadıqov söz alaraq Elektron Hökumətin İnkişafı Mərkəzinin peşəkar komandasına COVID-19 pandemiyası zamanı ictimaiyyətə verdiyi əvəzsiz töhfələrə görə təşəkkürünü bildirdi.

Çıxışı zamanı cənab Fariz Cəfərov 2022-2025-ci illər üçün Mərkəzin nəzərdə tutulan növbəti addımlarından danışdı, qurumun gələcəyə dair vizyonu, rəqəmsal hökumətin inkişafı planının strateji hədəfləri və həyata keçirdikləri silsilə layihələr haqqında iştirakçılara ətraflı məlumat verdi. Tədbir AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə sual-cavab sessiyası ilə davam etdi. Ətraflı

14.10.2021: İKT İşçi Qrupunun görüşü

14 oktyabr 2021-ci il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İKT İşçi Qrupunun bu il üçün fiziki şəkildə ilk görüşü keçirildi. Görüş Azərbaycanda analitika və süni intellekt texnologiyalarının biznesdə tətbiqi mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edərək cənab Rüfət Sadıqov uzun bir fasilədən sonra fiziki şəkildə görüşlərə qayıtmaqdan məmnunluğunu ifadə etdi və gündəlik iş prosesində müştəri hərəkətliliyi və alış-veriş vərdişlərini müəyyənləşdirmək üçün data analitikasının önəminə diqqət çəkdi. Məruzəçi qismində SAS.com-da (Statistik Analiz Proqram Təminatı) SEE rəqəmsal transformasiya və innovasiya üzrə rəhbər vəzifəsində çalışan və Türkiyədən dəvət olunmuş mütəxəssis, cənab Altan Atabarut görüşə qatılaraq onlayn data analitikası sahəsində sınaqdan keçmiş ən yaxşı praktiki həlləri iştirakçılar ilə bölüşdü. Təqdimat əsnasında o, bankçılıq və sığorta sahəsindən istehsalata qədər əsas sektorlar üzrə təklif olunan süni intellekt həllərinə toxundu.

Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı. Ətraflı

10.06.2021: İKT İşçi Qrupunun görüşü

10 iyun 2021-ci il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İKT İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş Azərbaycanda onlayn bankçılıq və onun hüquqi tənzimlənməsi mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edərək cənab Rüfət Sadıqov bankçılıq sahəsində rəqəmsal transformasiyanın sürətli inkişafına diqqət çəkdi və yaxın gələcəkdə bank kartlarına və filiallara ehtiyac qalmayacağını qeyd etdi. Onlayn görüş cənab Rüfət Sadıqov tərəfindən moderasiya edildi və məruzəçi qismində “Unibank KB” ASC-dən Baş Hüquq və Komplayens inzibatçısı cənab Əfqan Baxışov görüşə qatılaraq onlayn bankçılıq sahəsində mövcud tendensiyalar haqqında danışdı, həmçinin bu sahədə öz təcrübəsini iştirakçılar ilə bölüşdü.

Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı.

10.02.2021: İKT İşçi Qrupunun görüşü

10 fevral 2021-ci il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İKT İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş biznes sektorunda rəqəmsal transformasiya mövzusuna həsr olunmuşdu.

İclası açıq elan edərək cənab Rüfət Sadıqov koronavirus pandemiyasının biznes sektorunda rəqəmsal transformasiyanı geniş mənada necə sürətləndirdiyini və bunun kiçik və orta bizneslərə təsirinə xüsusi diqqət yetirdi. Onlayn görüş cənab Rüfət Sadıqov tərəfindən moderasiya edildi və məruzəçi qismində iki mütəxəssis -  Caspian Innovation Center MMC-dən Əməliyyatlar üzrə rəhbər cənab Orxan Quliyev və Şəbəkə Xidmətləri və İnformasiya Təhlükəsizliyi üzrə rəhbər cənab Rauf Mahmudlu görüşə qatılaraq bu sahədə öz təcrübələrini iştirakçılarla bölüşdülər.

Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Ətraflı