AHK-nın şəbəkədaxili tədbirləri

Bizim çoxsaylı şəbəkədaxili tədbirlərimiz sizə siyasət və iş dünyasının səlahiyyətli şəxsləri ilə əlaqə yaratmaq, Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında fəal iştirak etmək və mövcud iqtisadi inkişafa uyğunlaşmaq üçün mükəmməl imkanlar təklif edir.

© Getty Images/sanjeri

Üzvlər bütün AHK Azərbaycan tədbirlərinə dəvətlidirlər. Nümayəndə heyəti səfərləri və tədbirləri, informasiya və təcrübə mübadiləsi üçün müntəzəm olaraq təşkil edilən AHK-İmpuls toplantıları və Üzvlər Yığıncağı adıçəkilən tədbirlər sırasındadır. Eyni zamanda, üzvlərimizin AHK-İşçi qrupları görüşlərində iştirak etməyə dəvət olunurlar. AHK Azərbaycan üzvü olaraq siz onlayn məlumat bazası vasitəsilə bütün AHK üzvlərinin əlaqə məlumatlarına birbaşa giriş əldə edəcək və biznes münasibətlərinizi asanlıqla qura biləcəksiniz. Üzvlərimizi AHK Azərbaycanın bütün tədbirlərində salamlamaqdan məmnunluq duyarıq!