Nümayəndə heyəti səfərləri

AHK Azərbaycan hər il Azərbaycan və Almaniya arasında xeyli sayda müxtəlif biznes sahələri üzrə nümayəndə heyəti səfərləri təşkil edir və həyata keçirir.

Xarici Palata şirkətləri və siyasi nümayəndələri müvafiq bazarlarla tanış edir, bazar haqqında məlumatlar verir və ilkin işgüzar əlaqələrin qurulmasına təşviq edir. Tələblərdən asılı olaraq, nümayəndə heyəti səfərlərinin təşkilinə sektor üzrə brifinqlərin, şirkət təqdimatlarının, B2B görüşlərin, istehsalat sahələrinə və nazirliklərə səfərlərin, eləcə də seminarların, biznes forumların və konfransların həyata keçirilməsi daxildir.