AHK viza xidməti

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) Almaniyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Almaniyaya işgüzar səfər planlaşdıran AHK-nın üzvləri üçün viza xidməti təklif edir.

© Shutterstock/vanhurck

Almaniyaya işgüzar səfər üçün Şengen vizası

AHK üzvləri işgüzar və ya sərgiyə getmək məqsədilə vizanın alınması üçün sənədlərini AHK-nın ofisinə (Winter Park Plaza, Rəsul Rza küç. 75) təqdim edə bilərlər. AHK ərizə sənədlərini nəzərdən keçirir və Səfirliyə təqdim edir.

Müraciət proseduru

  1. Ərizəçi vizanın alınması üçün tələb olunan ərizə formasını və digər sənədləri hazırlayır. Tələb olunan sənədlərin siyahısını və ərizə formasını www.baku.diplo.de internet səhifəsindən əldə edə bilərsiniz.
  2. Sənədlər iş günlərində saat 09:00-dan 10:00-a dək AHK-nın ofisinə təqdim edilməlidir. AHK Səfirliyə sənədlərin verilməsi və xarici pasportun geri götürülməsi üçün ərizəçidən etibarnamə alır. AHK viza və xidmət haqqı daxil olmaqla 65,- Avro (ƏDV daxil) təşkil edən hesab təqdim edir.
  3. Ümumi məbləğ nağd olaraq AZN-lə Azərbaycan Beynəlxalq Bankının filialında ödənilməlidir. Ərizəçi ödəniş qəbzini AHK-ya təqdim etməlidir.
  4. AHK vizaya müraciət üçün ərizəni, xarici pasportu və digər sənədləri Səfirliyə təqdim edir. AHK xarici pasportu (vizayla bərabər və ya vizasız) Səfirlikdən götürür.
  5. Sənədlərin işlənmə prosesi müraciətin daxil olduğu gündən sonra 15 təqvim günü davam edir. İstisna hallarda AHK Azərbaycan viza üçün müraciət sənədlərinin daha tez işlənməsi üçün Səfirliyə müraciət edə bilər. Pasportun götürülməsi yazılı etibarnamə əsasındə başqa şəxslər tərəfindən də həyata keçirilə bilər.

Vacib qeydlər

AHK-da işgüzar səfər üçün sənədlərini üzv şirkətlərin sahibləri və əməkdaşları təqdim edə bilərlər. AHK-nın üzvləri üçün olan viza xidməti yalnız işgüzar məqsədli səfərlər üçün (sərgiyə səfərlər də daxil olmaqla) istifadə edilə bilər. AHK-da viza sənədlərinin təqdim edilməsi üçün müraciətə qeyd olunan səfərlər daxil deyil: qonaq vizası (məs. qohumların ziyarət edilməsi), təhsil vizası, dik kursu vizası, ailə birləşməsi vizası, turizm vizası, tibbi müalicə vizası, avtomobil almaq üçün viza, yük maşınının sürücüləri üçün viza və tranzit səfər vizası.

Vizanın verilməsi yalnız Almaniya Səfirliyinin səlahiyyətindədir. Vizanın verilməsi qərarına AHK təsir etmir. Almaniya Səfirliyi hər bir halda ərizəçini fərdi müsahibəyə dəvət etmək hüququnu özündə saxlayır.

Viza üçün edilən ödəniş viza verilmədiyi təqdirdə geri qaytarılmır. Ödəniş haqqı 65,- Avro (ƏDV daxil) təşkil edir: AHK-nin viza xidməti üçün 30,- Avro ödəniş haqqından və Şengen vizası üçün 35,- Avro rüsumdan ibarətdir. Texniki səbəblərdən ödənişin köçürülmə yolu ilə edilməsi mümkün deyil. (Bu administrativ işləri artırır-ödənişin daxil edilməsinin yoxlanılmasını çətinləşdirir).

Əgər Siz 23.06.2015-ci il tarixindən sonra Almaniya Səfirliyində artıq bir dəfə əl barmaq izi vermisinizsə, onda Sizin Almaniya Səfirliyinə şəxsən getməyinizə ehtiyac yoxdur. Əgər indiyə qədər əl barmaq izi verməmisinizsə, o zaman əl barmaq izlərinin götürülməsi üçün Almaniya Səfirliyinin viza şöbəsindəki bu görüşə AHK-nın əməkdaşının müşayiəti ilə gedəcəksiniz. Əl barmaq izlərinin götürülməsi üçün görüşün vaxtı AHK-da sənədlərinizi təqdim edərkən Sizə bildiriləcək.

Azərbaycana işgüzar səfər üçün dəvət məktubunun hazırlanması

Azərbaycana işgüzar səfər etmək üçün Azərbaycan Respublikasında yerləşən və qeydiyyatdan keçmiş hüquqi şəxsin dəvət məktubu lazımdır. AHK Azərbaycan Azərbaycana işgüzar səfər edən şirkət nümayəndələri üçün dəvət məktubunu hazırlayır. Dəvət məktubunun hazırlanması üçün Sizdən pasport və səfər məlumatları ilə visa(at)ahk-baku.de E-Mail ünvanına müraciət etməyinizi xahiş edirik.

Əlavə məlumatlar

                               Dəvət məktubu                   
Viza növü    İşlənmə müddətiXidmət haqqı
90 günlük
birdəfəlik
    Təx. 5 həftəBəli
İllik*
90/180 günlük
çoxdəfəlik
    Təx. 5 həftəBəli

*Nəzərinizə çatdırmaq istəyirik ki, çoxdəfəlik bir illik viza üçün (90 və ya 180 gün qalma müddəti ilə) dəvət məktubu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində təsdiq edilməlidir.

Viza üçün ərizə həm Azərbaycan Respublikasının Berlindəki Səfirliyinə, həm də Ştutqartdakı Fəxri Konsulluğuna təqdim edilə bilər. Ərizə şəxsən təqdim edilməlidir. Ştutqartda Fəxri Konsulluq ərizəni həmçinin poçt vasitəsilə də qəbul edir. Tələb olunan sənədlərin siyahısını Azərbaycanın Berlindəki Səfirliyinin www.berlin.mfa.gov.az və ya Ştutqartdakı Fəxri Konsulluğunun www.stuttgart-aserbaidschan.de internet səhifəsindən əldə edə bilərsiniz.