AHK İşçi qrupları

İşçi qrupları Alman Xarici Ticarət Palatalarının önəmli hissələrindən biridir. Qruplar iqtisadiyyatın xüsusi sektorlarında seçilmiş mövzulara diqqət yetirir, iclaslarını gündəmindəki spesifik mövzulara uyğunlaşdırırlar.

© Getty Images/shironosov

AHK Azərbaycan da öz növbəsində, üzvlərinə işçi qruplarına qoşulmaq imkanı tanıyır. İşçi qruplarının yaradılması və fəaliyyətindəki əsas məqsəd qrup üzvləri arasında informasiya mübadiləsini asanlaşdırmaq, üzvlərin ortaq problemlərinə müxtəlif həll yolları tapmaq və hökumət orqanları ilə dialoq və müzakirələri gücləndirməkdir. İşçi komitələrinin gündəmlərində olan məsələlər məhz qrup üzvləri tərəfindən könüllülük prinsipinə əsaslanaraq müəyyənləşdirilir, AHK Azərbaycan isə qrupların fəaliyyətini texniki dəstəklə təmin edir.