Sizin yerli tərəfdaşınız

İnstitusional tərəfdaşlar

AHK və İHK şəbəkələrinə əlavə olaraq, AHK Azərbaycan siyasət və biznes sahələri üzrə partnyorlarla geniş əlaqələr qurur.

Ətraflı

İdarə heyəti

İdarə heyətinin altı üzvü adi AHK üzvləri sırasından seçilir. İdarə heyətinin rəhbəri İdarə heyətinə üç il müddətinə təyin olunur. 

Ətraflı

© www.canva.com
İşçi heyəti

AHK Azərbaycanın şöbələri haqqında məlumat əldə edərək sorğularınız üçün doğru əlaqədar şəxsi müəyyən edin.

Ətraflı

İş imkanları

Bu bölümdə Siz şöbələr üzrə ən sonuncu vakansiyalar, eləcə də praktika imkanları haqqında məlumatları əldə edəcəksiniz.

Ətraflı

© iStock.com/jamesteohart
Bazarla bağlı məlumat

Bu bölümdə yerli və beynəlxalq qurumların xüsusi nəşrləri ilə, həmçinin Azərbaycan və Almaniyanın iqtisadi və maliyyə inkişafı ilə bağlı son məlumatlar ilə tanış ola bilərsiniz. Bir çox məlumatı PDF sənəd şəklində ödənişsiz olaraq yükləmək mümkündür.

Ətraflı

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqından (DAWF) yaradılmışdır. 180 üzv şirkəti ilə (noyabr 2023-cü il tarixinə istinadən) AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır.

Müasir konsaltinq şirkəti olaraq, AHK Azərbaycan bazar və müştəri-yönümlü xidmətləri vasitəsilə Alman və Azərbaycan şirkətlərinin bazar üzrə maraqlarını dəstəkləyir. AHK Azərbaycan tərəfindən təklif olunan xidmətlər çeşidi, əməkdaşlıq tərəfdaşlarının vasitəçiliyindən, eləcə də bazara giriş ilə bağlı məsləhətlərdən tutmuş yerli biznes iştirakının təşkilinə qədər genişlənir.

Səriştəli tərəfdaş kimi, biz Azərbaycan bazarı ilə bağlı bütün suallara cavab veririk və biznes və siyasət üzrə AHK-nın mükəmməl və geniş şəbəkəsindən faydalanırıq. Palata çox sayda şirkətlə, eləcə də ictimai və özəl assosiasiyalar və qurumlarla birlikdə fəal şəkildə bütün sahələr üzrə fəaliyyət göstərir.

Güclü tərəfləri

İşgüzar əlaqələr

AHK Azərbaycan yerli və beynəlxalq işgüzar cəmiyyətlərin yüksək vəzifəli nümayəndələri, habelə hər iki ölkənin hökumət qurumları, səfirlikləri və diplomatik nümayəndəliklərindən olan tərəfdaşları kimi eksklüziv işgüzar əlaqələri vasitəsilə şirkətlərə hərtərəfli dəstək təklif edir.

Bazara giriş

AHK Azərbaycan yerli və beynəlxalq şirkətlərin Azərbaycanda və Almaniyada biznes fəaliyyətlərinin qurulmasında və genişləndirilməsində dəstək göstərir.

Nümayəndə heyəti səfərləri

Sənaye-yönümlü nümayəndə heyəti səfərlərinin, əməkdaşlıq mübadilələrinin, habelə sahələr üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi AHK Azərbaycanın əsas səlahiyyətlərindən biridir. Hər il Palata Alman şirkətləri və dövlət nümayəndələri vasitəsilə bir neçə nümayəndə heyəti səfəri təşkil edir.

Bazar haqqında məlumatlar-Nəşrlər

AHK Azərbaycan maraq göstərən tərəflərə mövcud iqtisadi vəziyyət, işgüzar və investisiya mühiti, habelə ölkədə qalan iqtisadi və struktur problemləri barədə etibarlı, dərin və vaxtında hazırlanmış məlumat verir. AHK Azərbaycan tərəfindən aparılan sorğular, bazarın təhlili və nəşrlər, Azərbaycanda biznesə başlamaq və investisiya qoymaq şərtləri haqqında daha çox məlumat əldə etmək istəyənlər üçün unikal və dəyərli vasitələr olduğunu sübut etdi.

İkili peşə təhsili

İkili peşə təhsil sistemi gənclərin işsizliyinə və bacarıqlarının çatışmazlığına qarşı aparılan mübarizənin effektiv bir vasitə olduğunu artıq sübut etmişdir. Bir çox ölkələr bu modeli Almaniya ilə ortaq şəkildə tanıtmaq istəyir.

Sərgilər

AHK Azərbaycan "Messe München" sərgilərinin Azərbaycan və Gürcüstandakı rəsmi nümayəndəliyidir və təşkil olunan bütün sərgi və tədbirlər ilə bağlı şirkətlərə məlumat verir və müvafiq sərginin seçilməsində dəstək göstərir.

AHK Azərbaycan 93 ölkənin 150 bölgəsində fəaliyyət göstərən Alman Xarici Ticarət Palatalarının (AHK) qlobal şəbəkəsinin bir hissəsidir. AHK-lar Almaniyanın Alman Ticarət və Sənaye Palataları (İHK) şəbəkəsi ilə sıx şəkildə bağlıdır. AHK-lar ilə yaxın əməkdaşlıq çərçivəsində, İHK-lar alman şirkətlərini xarici ölkələr ilə biznes əlaqələri qurmaqda və işgüzar münasibətləri genişləndirməkdə dəstəkləyir. Alman Ticarət və Sənaye Palatalar Qurultayı (DIHK) AHK şəbəkəsini əlaqələndirən və dəstəkləyən üst qurumdur. AHK Azərbaycan Almaniya Parlamentinin qərarı ilə Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi tərəfindən maliyyələşdirilir.

AHK-lar öz bölgələrində üç əsas funksiyanı birləşdirir:

1. Alman iqtisadiyyatının rəsmi nümayəndəlikləri
AHK-lar Almaniya Federativ Respublikası adından alman xarici ticarətinin təşviqində mühüm rol oynayır. Eyni zamanda, onlar Almaniyanın biznes maraqlarını qonaq olduqları ölkələrdə təmsil və təbliğ edir, Almaniya haqqında məlumatlar verir və tanıtdırır.

2. Üzv təşkilatlar
AHK-lar ikitərəfli iqtisadi əlaqələrdə iştirak edən şirkətlər üçün üzv təşkilatlarıdır. Bu üzvlər ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə siyasət, biznes və idarəetmə ilə qarşılıqlı əlaqədə olduqda, AHK-ya güclü dəstək verir.

3. Şirkətlər üçün xidmət təminatı
Alman Xarici Ticarət Palataları Almaniyadan və müvafiq yerli ölkələrdən olan şirkətlərin xarici biznes layihələrini dəstəkləmək məqsədilə xidmətlər göstərir.