Təcrübəli Ekspertlər Xidməti (SES)

Baş qərargahı Bonn şəhərində yerləşən SES “özünə dəstək” prinsipi ilə konsaltinq xidməti göstərən Almaniya iqtisadiyyatının bir fondudur.

© Shutterstock/Rei and Motion Studio

Senior Experten Service (SES) təqaüdə çıxmış mütəxəssislər həmçinin aparıcı işçiləri müxtəlif iqtisadiyyat sahələrindən öz biliklərini və təcrübələrini ötürmələri üçün onları xaricə göndəriməsi ilə məşqul olan bir alman təşkilatıdır. AHK Azərbaycan Təcrübəli Ekspertlər Xidməti (SES) layihəsinin Azərbaycanda rəsmi təmsilçisidir. Təşkilat haqqında daha ətraflı məlumatı www.ses-bonn.de səhifəsində əldə edə bilərsiniz.

Təcrübəli Ekspertlər Xidməti (SES)–in əsas maliyyə dəstəyi

  • Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ)
  • Federal Təhsil və Araşdırma Nazirliyi (BMBF)

Təcrübəli Ekspertlər Xidməti (SES)–in əsas fəaliyyəti

  • Mütəxəssislərin və rəhbər işçilərin peşə hazırlığı
  • Xidmətlərin, məhsulların təkmilləşdirilməsi və proseslərin optimallaşdırması
  • Texniki, iqtisadi və təşkilati problemlərin idarə edilməsi
  • Azərbaycan iqtisadiyyatının inkişafına dəstək
  • 1983-cü ildən 2016-cı ilə qədər Azərbaycanda uğurla həyata keçirilmiş 137 layihələr

Təcrübəli Ekspertlər Xidməti (SES)-nin üstünlükləri

  • Ekspertlərin öz sahələrində çoxillik peşəkar təcrübəsi
  • 50-dən çox sənaye sahəsində peşəkar biliklərə malik olma
  • Müştərilərin istək və tələblərinə müvafiq dəstək
  • Çox zaman yaxşı xarici dil bacarıqları
  • Yerli şəraitə uyğunlaşma qabiliyyəti

Təcrübəli Ekspertlər Xidməti (SES)–in sifarişçiləri

  • Müxtəlif sahələr üzrə kiçik və orta yerli müəssisələr və şirkətlər
  • Sosial və tibb müəssisələr
  • Təhsil və ixtisasartırma sahəsində fəaliyyət göstərən təşkilatlar

Layihənin həyata keçirilməsi şərtləri

  • Doldurulmuş müraciət ərizəsinin SES-nin yerli nümayəndəsinə təqdim edilməsi
  • Ekspertdən tələb olunan tapşırıq SES Bonnda yoxlanılması və axtarışa başlanılması
  • Sifarişçi tərəf və ekspert ilə ayrı-ayrılıqda anlaşma imzalanması
  • Ekspertlərin fəaliyyəti konsultasiya xarakteri daşıyır
  • Tövsiyələrin icra edilməsinə sifarişçi məsuliyyət daşıyır

Maliyyələşməsi

  • Sifarişçi tərəf səyahət xərclərini, ekspertlərin ölkədə qalacaqları müddət ərzində yemək və qalma xərclərini qarşılamalıdır
  • Sifarişçi beynəlxalq uçuş və SES administrativ xərclərini qarşılaya bilmədiyi halda bu vəsait Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən istisna hal olaraq təmin edilə bilər 

Azərbaycanda layihələr

AHK Azərbaycan bu günədək tibb, kənd təsərrüfatı və daşınmaz əmlak kimi müxtəlif sahələr üzrə layihələri uğurla həyata keçirmişdir. Sizin şirkətiniz də "təcrübə vasitəsilə bilik əldə etmək" istəyirsə, biz Sizin təxminən 12 min ekspertdən biri ilə əlaqə yaratmağınıza dəstək göstərməkdən məmnun olardıq.

Hazırda Azərbaycanda bir sıra müəssisələr SES ekspertlərin təcrübəsindən yararlanmışdır. Bunlara "Qinyətoğulları", "Azza", “BDM” Dil mərkəzi, “Oki Klinik”, “Sahhat” Klinikası və sair kimi müəssisələri vurğulamaq olar.

Siz də Təcrübəli Ekspertlər Xidməti (SES) dən faydalanmaq istəyirsinizsə qoşmadakı “SES Müraciət ərizəsi”ni müvafiq məlumatla doldurub SES layihəsinin rəhbərinə xanım Aygün Seyidovaya (aygun.seyidova(at)ahk-baku.de) göndərə bilərsiz.