Biznes Alman Dili

"Biznes Alman Dili" xidməti AHK Azərbaycan və Almaniya Federativ Respublikasının Höte adına Dövlət Mədəniyyət İnstitutunun tərəfdaşı Alman Dili Tədrisi Mərkəzi arasında əməkdaşlıq layihəsidir.

© iStock.com/skynesher

Hazırlıq Kursu "Beynəlxalq Biznes Alman Dili İmtahanı"

Dil kursu Sizi işgüzar mühitdə ən mühüm vəziyyətlərə hazırlayacaq. Kurs xüsusilə gələcəkdə alman işgüzar mühitində işləmək istəyən işçilər və şirkətlər, eləcə də tələbələr üçün yaradılmışdır.

Kursdan sonra iştirakçıların AHK Azərbaycanda "Beynəlxalq Biznes Alman Dili İmtahanı" (Prüfung Wirtschaftsdeutsch International, PWD) vermək imkanı var.

Alman dilini bilməklə uğurunuzu sığortalayın!

Kursun məzmunu

Kursun məzmunu, gündəlik iş həyatına aid mövzuları ətraflı şəkildə əhatə edəcəkdir. Dilin fəal istifadəsi, söz bazasının və söhbətlərin genişləndirilməsi xüsusilə vacibdir. 

Mövzulara aşağıdakılar daxildir:

  • İclasların və görüşlərin təşkili (planlaşdırılması, təxirə salınması, ləğv edilməsi)
  • Telefon danışıqlarının aparılması
  • İşgüzar yazışmalar (rəsmi məktublar və e-poçt)
  • İşgüzar görüşlər (açılış, idarə etmə, problem həlli, iclasın bağlanması)
  • Görüşlərin təqdimatları və protokolları
  • Şirkət tədbirlərinə dəvət, qonaqların salamlaması
  • Proqramın təqdimatı, təşəkkür məktubu
  • Sorğu, malların və ya xidmətlərin təklifi
  • Şikayət, xəbərdarlıq
  • Müraciət məktubu, cədvəl formasında tərcümeyi-hal
  • Gündəlik iş fəaliyyətinin təsviri
  • Direktor, həmkarlar və biznes tərəfdaşları ilə qeyri-rəsmi danışıq yöntəmləri

Kursun tarixləri

02.12.2018; 16.12.2018;
06.01.2019; 20.01.2019;
03.02.2019; 17.02.2019;
03.03.2019; 31.03.2019.
(Həftə sonları)

Kursun qiyməti

360 AZN (ƏDV daxil)

Tələb

Yaxşı B2/C1 dil səviyyəsi

Qeydiyyat

Son qeydiyyat tarixi: 28.11.2018

Qeydiyyat

"Beynəlxalq Biznes Alman Dili İmtahanı"

İmtahan ən azı C1 dil səviyyəsində biznes alman dili bacarıqlarını rəsmi şəkildə yoxlamaq istəyən alman dili öyrənən şəxslər üçün nəzərdə tutulmuşdur.

"Beynəlxalq Biznes Alman Dili İmtahanı" standartlaşdırılmış və beynəlxalq səviyyədə tanınan imtahandır. Alman Sənaye və Ticarət Palataları Qurultayının (DIHK) dəstəyi ilə bu imtahan Azərbaycanda yalnız AHK Azərbaycan tərəfindən təklif olunur.

İmtahanın məzmunu

İmtahan dörd hissədən ibarətdir:

  • Dörd testdən ibarət oxu (75 dəqiqə)
  • Üç testdən ibarət dinləmə (60 dəqiqə)
  • Bir testdən ibarət yazılı ifadə (45 dəqiqə)
  • Şifahi imtahan (20 dəqiqə)

İmtahan tarixləri

Ümumiyyətlə, imtahan ildə bir dəfə keçirilir. Növbəti imtahan tarixi 2019-cu il aprel ayında olacaq. Yüksək tələb yarandıqda, əlavə imtahan tarixləri təşkil ediləcəkdir.

İmtahanın qiyməti

Tələbata əsasən

Tələb

"Beynəlxalq Biznes Alman Dili İmtahanı" ana dili alman dili olmayan və 18 yaşına çatmış hər kəsə açıqdır. Bunun üçün xüsusi dil kurslarında iştirak etmək lazım deyil.

Qeydiyyat

Qeydiyyat 2019-cu ilin yanvar ayında başlayacaq.

Hazırlıq kursu "Beynəlxalq Biznes Alman Dili İmtahanı" AHK Azərbaycan və Almaniya Federativ Respublikasının Höte adına Dövlət Mədəniyyət İnstitutunun tərəfdaşı Alman Dili Tədrisi Mərkəzi arasında əməkdaşlıq layihəsidir.