Bazarın təhlili

Sizə dəstəyimizi təklif etməkdən məmnunluq duyuruq! AHK Azərbaycan Sizə və şirkətinizə Azərbaycandakı işgüzar fəaliyyətinizi genişləndirməkdə köməklik göstərir.

© Shutterstock/Rawpixel.com

Bütün müəssisələr üçün biz pulsuz olaraq ilkin məsləhətləşmə imkanları təklif edərək ölkə haqqında məlumatların araşdırılması və biznes imkanlarının qiymətləndirilməsini təqdim edir. Daha geniş bazar təhlili və ya işçi qüvvəsi ilə işgüzar tərəfdaş axtarışında Sizə öhdəlik tələb etməyən təkliflər edirik.

Bizimlə məmnuniyyətlə əlaqə saxlaya və fərdi tələblərinizi bildirə bilərsiniz!

Sizə təklif etdiyimiz xidmətlər:

Ünvan araşdırması

Siz Azərbaycan şirkətlərinin dəqiq ünvanlarını əldə etmək istəyirsiniz, lakin öz araşdırmalarınız ilə bir nəticəyə gəlmirsiniz? AHK Azərbaycan potensial müştərilər, satış nümayəndələri və tərəfdaşları ilə işgüzar əlaqələrin qurulması üçün Sizə imkanlar yaradır.

Biz Sizin üçün münasib biznes tərəfdaşlarını müəyyən etmək məqsədilə axtarış meyarlarını sizinlə birlikdə təyin edirik. Məqsəd Sizin üçün bütün müvafiq şirkətlərin siyahısını tərtib etmək və beləliklə, bütün bazarı əhatə etməkdir. Nəticə etibarilə, Siz şirkətlərin adı və ünvanı, telefon və faks nömrələri, elektron poçt ünvanları, eləcə də potensial əlaqələndirici şəxslər daxil olmaqla, aktual siyahı əldə edirsiniz.

Tələb yarandığı təqdirdə, biz daha sonra işgüzar tərəfdaş axtarışı ilə bağlı məktubun göndərilməsini həyata keçirir və Sizin adınızdan şirkətlərlə birbaşa əlaqə saxlayırıq.

İşgüzar tərəfdaş axtarışı ilə bağlı məktubun göndərilməsi

Azərbaycanda düzgün işgüzar tərəfdaşlara şirkətiniz və təklifiniz barədə məlumat verə bilərsiniz! Sizin tərəfinizdən yaradılmış ideal profiliniz əsasında biz Azərbaycanda potensial işgüzar tərəfdaşları müəyyən edir və uyğun əlaqələndirici şəxslərin siyahısını yaradırıq.

Biz öz müəssisə blankımızda məktub tərtib edirik və ya Sizin təqdim etdiyiniz mətni tərcümə edirik. Daha sonra həmin məktubu e-poçt və ya məktub vasitəsilə bütün firma sənədləri və məlumat materialları ilə birlikdə Sizin tərəfinizdən seçilmiş müəssisələrə göndəririk. Nəticədə Sizə müraciət etdiyimiz müəssisələrin siyahısı və əldə etdiyimiz cavablarla bağlı xülasə təqdim olunur.

İşgüzar tərəfdaş axtarışı

Biz Sizin Azərbaycana işgüzar səfərinizi təşkil edirik, istədiyiniz şirkətlərin əlaqə məlumatlarının araşdırılmasından onlarla görüşlərin planlaşdırılmasına qədər səfərinizin təşkil olunmasını həyata keçiririk. 

İşgüzar tərəfdaşların axtarışı ilə bağlı xidmətimiz Sizin tələblərinizə uyğun olaraq iki mərhələdə icra edilir:

  1. Biz Sizin üçün potensial işgüzar tərəfdaşları müəyyən edir və ünvan araşdırmasını həyata keçiririk.
  2. Uyğun olan əlaqələndirici şəxslərlə görüş təyin edir və Sizə işgüzar səfərinizin təşkil olunmasında dəstək göstəririk.

Bizim yerli təcrübəmizdən yararlanın! Biz Sizi işgüzar vizaya müraciət üçün dəvət məktubunun verilməsi kimi, viza məsələlərində dəstəkləyir, AHK-nın xüsusi endirimli qiymətləri ilə otel sifariş edir və görüşlərinizdə Sizi müşayiət edirik. Həmçinin öz ofisimizdə görüşləri təşkil edə bilərik. Biz tərcüməçi xidmətinin, eləcə də hava limanı, otel və işgüzar görüşlərin keçirildiyi məkanlar arası transfer üçün nəqliyyat xidmətinin təşkil olunmasına dəstək göstəririk.

Əgər Siz görüşlərdə iştirak edə bilmirsinizsə, Sizin adınızdan əlaqələndirici şəxslə danışıqlar apara və Sizin sənədləriniz əsasında şirkətinizi təmsil edə bilərik. Nəticədə, Siz keçirilən görüşlər barədə sənədlər və şərhlər olan şirkətlərin tam siyahısını əldə edirsiniz.

Bazarın təhlili

AHK Azərbaycan Sizi ən son yeniliklər barədə və bazarın hazırkı vəziyyəti ilə bağlı daimi məlumatla təmin edir. Biz Sizə Azərbaycan bazarında mövcud vəziyyətlə bağlı məhsulların xarakteristikası və xüsusi sənaye sahələri haqqında peşəkar və obyektiv məlumat veririk.

Siz bazarın həcmi, əsas bazar iştirakçıları, mövcud təsiredici amillər, distribusiya kanalları və inkişaf proqnozları haqqında ümumi məlumat əldə edəcəksiniz. Biz həmçinin Sizin fərdi suallarınızı cavablandırmağa və Sizi xüsusilə maraqlandıran sahədə araşdırmalar aparmağa hazırıq.

Fərdi satış məsləhətlərinin verilməsi

Məhsulunuzu Azərbaycanda satmaq istəyirsiniz, lakin şirkətiniz burada fəaliyyət göstərmir? Biz Sizə məhsulunuzun mövcud satış imkanları barədə hesabat təqdim edəcəyik və müvafiq sahənin vəziyyətinə dair məlumat verəcəyik. Daha sonra uyğun satış tərəfdaşlarını axtaracaq və onlarla əməkdaşlıq imkanlarını müzakirə edəcəyik.

Siz keçirilən görüşlər haqqında sənədlər və şərhlərlə şirkətlərin təsdiq edilmiş siyahısını əldə edəcəksiniz. Əgər görüşlərdə şəxsən iştirak etmək istəsəniz, Sizə tərcümə və sürücü xidmətlərini təklif edə və məmnuniyyətlə Sizi görüşlərdə müşayiət edə bilərik.

İşçi heyətinin axtarışı

Azərbaycanda müəssisəniz üçün ixtisaslaşmış işçi heyəti axtarırsınız? Biz Sizə yaxşı təhsil almış alman/ingilis dilli əməkdaşların axtarışında kömək edirik. Biz müvafiq namizədləri tələb olunan profilə görə və ya bizim namizəd məlumat bazası vasitəsilə potensial namizədlərlə birbaşa əlaqə yaradaraq iş elanını internetdə və mətbuatda nəşr edərək müəyyən edirik.

Biz daha sonra müraciətlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi daxil olmaqla, ilkin müsahibələr və seçimləri həyata keçiririk. Seçilmiş namizədlərin müsabiqə sənədlərini sifarişçiyə təqdim edirik və Sizi sonrakı seçim prossesində müşayiət edirik. Biz Sizin üçün söhbətləri və görüşləri təşkil edir, bunun üçün otaqlarla təmin edir və yerində tərcümə xidməti göstərməkdə dəstəkləyirik.

Bizə göndərəcəyiniz məlumat

Xahiş edirik məlumatlarınızı daxil edin: